Putin Əliyevdən sonra Sarkisyanla görüşəcək

Putin Əliyevdən sonra Sarkisyanla görüşəcək
  03 Avqust 2016    Oxunub:2334
Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-u rusiyalı həmkarı Vladimir Putinin dəvəti əsasında Moskvaya səfər edəcək.
Bu barədə AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir.

“Danışıqlar zamanı siyasi, ticari-iqtisadi və humanitar sahələrdə qarışlılıqlı əlaqələrin ən yüksək səviyyədə müzakirəsi, həmçinin Avrasiya məkanında inteqrasiya prosesləri diqqət mərkəzində olacaq”, - deyə məlumatda bildirilir.

Məlumata qeyd olunur ki, liderlər bir sıra aktual beynəlxalq və regional problemlər üzrə də fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, avqustun 8-i Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü keçiriləcək. Prezidentlər həm ikitərəfli, həm də üç tərəfli formatda görüşəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti