ATƏT Əliyev və Sarkisyanı görüşdürmək istəyir

ATƏT Əliyev və Sarkisyanı görüşdürmək istəyir
  03 Avqust 2016    Oxunub:4284
ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə tərəflərini Dağlıq Qarabağın sülh yolu ilə həllinə dair öhdəliklərə əməl etməsini gözləyir.

AzVision.az xəbər verir ki, bunu “Ria Novosti” agentliyinə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

“Təmas xəttində və Azərbaycanla Ermənistan sərhədində vəziyyət satib olsa da biz bu yaxınlarda atəşkəsin pozulmasına görə narahatıq. Tərəflər münaqişənin sülh yolu ilə tənzimlənməsinə dair öz öhdəliklərini yerinə yetirəcəyini və istənilən eskalasiyadan qaçacaqlarını gözləyirik” –deyə o, əlavə edib.

Heç bir həll yolu hansısa tərəfə zorla qəbul etdirilə bilməz deyən C. Uorlik qeyd edib ki, prezidentlərin Vyana və Sankt-Peterburqda baş tutan görüşü təmas xəttində gərginliyin azaldılması istiqamətində uğurlu olub:

“Həmsədr ölkələrin yüksək səviyyəli rəsmilərinin dəstəyi ilə münaqişə tərəfləri danışıqlarda iştirak edir və təmas xəttində zorakılıq riskinin azaldılması tədbirləri üzərində çalışırlar. Sülh prosesində tam irəliləyişə nail olmaq üçün biz Azərbaycan və Ermənistan prezidentlərinin növbəti birgə görüşünü təşkil etmək imkanını nəzərdən keçiririk” - deyə, C. Uorlik qeyd edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti