Narkobaron daxili işlər naziri oldu

 Narkobaron daxili işlər naziri oldu
  04 Avqust 2016    Oxunub:2082
Venesuelanın yeni daxili işlər naziri general Nestor Reverol təyin edilib.
AzVision.az Axar.az-a istinadən xəbər verir ki, bunu xalqa müraciəti zamanı Venesuela prezidenti Nikolas Maduro söyləyib.

O, həmçinin Reverola qarşı ABŞ tərəfindən irəli sürülən ittihamları da rədd edib.

Qeyd edək ki, Reverol bundan öncə Uqo Çaves hakimiyyəti zamanı Venesuelanın daxili işlər naziri olub. Sonradan ABŞ onu narkotrafikin təşkilində günahlandırıb. Rəsmi Vaşinqtonun iddiasına görə, məhz Reverol 2008-2010-ci illər ərzində narkobaronlardan rüşvət alaraq narkotikin ABŞ-a daşınmasına kömək edib.

AzVision.az


Teqlər:





Xəbər lenti