Putin və Ruhani Bakıda hərbi əməkdaşlığı müzakirə edəcək

Putin və Ruhani Bakıda hərbi əməkdaşlığı müzakirə edəcək
  04 Avqust 2016    Oxunub:5135
Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında Bakıda keçiriləcək görüşdə hərbi-texniki əməkdaşlıq məsələsinin müzakirəsi nəzərdə tutulur.

AzVision.az xəbər verir ki, bunu "İzvestiya" qəzetinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiq edib.

Peskov vurğulayıb ki, iki ölkə liderinin görüş planlarında bu məsələnin müzakirəsi də var. Öz növbəsində qəzetin hökumət aparatındakı mənbəsi qeyd edib ki, Rusiya nümayəndə heyətinin tərkibində baş nazirin birinci müavini, hərbi sənaye kompleksinə cavabdeh şəxs Dmitri Roqozin də olacaq.

"İzvestiya" nəşri daha əvvəl yazıb ki, Putin və Ruhani Bakıda iki dövlət arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək, həmçinin İran tərəfi yeni Rusiya silahlarında maraqlıdır. Bundan əlavə, "İzvestiya" iddia edir ki, "burada söhbət qarşılıqlı fəaliyyətin birgə təlimlərin keçirilməsi səviyyəsinədək qaldırılmasından gedə bilər".

Qeyd edək ki, avqustun 8-i Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü keçiriləcək. Prezidentlər həm ikitərəfli, həm də üç tərəfli formatda görüşəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti