`Azərbaycan ailəmizin üzvüdür` - Ərdoğan

`Azərbaycan ailəmizin üzvüdür` - Ərdoğan
  04 Avqust 2016    Oxunub:3554
Avqustun 7-də İstanbulda keçiriləcək demokratiya və şəhidlər mitinqində Türkiyənin dövlət bayrağından başqa yalnız Azərbaycanın və Şimali Kiprin bayraqları dalğalana bilər. Çünki Azərbaycan və Şimali Kipr ailəmizin üzvləridir.
AzVision.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan biznesmenlərlə görüşü zamanı deyib:

“Demokratiya və şəhidlər mitinqi olduğundan aksiyaya Türkiyə bayrağından başqa bir bayraq gətirilməməsini istədim. Ancaq Şimali Kipr Türk Respublikası və Azərbaycan bayrağı dalğalana bilər. Bütün mitinqlərdə Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqlarını qaldırılır. Bu, bir alışqanlıqdır, ondan heç bir şübhəmiz yoxdur. Azərbaycan bizim ailəmizin üzvüdür”.

Baş nazir əlavə edib ki, Azərbaycan bayrağı həmişə Türkiyədə arzuedilən olacaq.

Qeyd edək ki, İstanbulun Yeniqapı meydanında “Demokratiya və şəhidlər” şüarı altında demokratiyaya dəstək mitinqi 15 iyul dövlət çevrilişinə cəhddən sonra təşkil edilən mitinqlərin ən izdihamlısı olacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti