KİV: Sarkisyan baş naziri istefaya göndərir

KİV: Sarkisyan baş naziri istefaya göndərir
  04 Avqust 2016    Oxunub:2575
“Ermənistanın hökumət dairələrində ölkə hökuməti və baş nazir Ovik Abramyanın tezliklə istefaya göndəriləcəyi barədə söz-söhbətlər dolaşır”.
Bu barədə AzVision.az Ermənistanın "Aykakan Jamanak" qəzeti yazıb.

Nəşr bildirib ki, Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirmiş silahlı qruplaşmanın üzvləri təslim olduqdan sonra prezident Serj Sarkisyan Milli razılıq hökumətinin formalaşması haqqında bəyanatla çıxış edib.

"Bu amil hazırkı hökumətin istefaya göndəriləcəyi fikrini yaradır. Amma Sarkisyanın belə hallardakı strategiyasını nəzərə alsaq, o, kəskin dəyişikliklərə gedən deyil. Müəyyən fasilə verib, sonra addımlar atacaq", - məqalədə vurğulanır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti