İrəvandan daha bir istefa xəbəri: Rəis işdən çıxardıldı

İrəvandan daha bir istefa xəbəri: Rəis işdən çıxardıldı
  04 Avqust 2016    Oxunub:2187
Ermənistan polis rəis Vladimir Qasparyanın əmri ilə İrəvanın Nor Nork polis idarəsinin rəisi Armen Vatyan tutduğu vəzifədən azad edilib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbaut xidməti xəbər yayıb.

Jurnalistlərin fikrincə Vatyanın istefaya göndərilməsi iyulun 29-u İrəvanın Sari Tax məhhələsində nümayişçilər və polislər arasında yaranan qarşıdurma ilə bağlıdır. Məhz o bu ərazidə nizam intizamın təmin olunmasına görə məsuliyyət daşıyıb. Qarşıdurma baş verən zaman Armen Vatyan həmin ərazidə olub.

Qeyd edək ki, daha əvvəl İrəvanın Erebuni polis idarəsinin rəisi işdən çıxarıldmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti