Məşhur futbolçunun qulağı qopdu - FOTOLAR

Məşhur futbolçunun qulağı qopdu -  FOTOLAR
  04 Avqust 2016    Oxunub:26296
Fransanın "Bordo" klubunun İtaliya "Milan"ından yeni transfer etdiyi Jeremi Menez meydana çıxdığı ilk oyunda xoşagəlməz hadisə ilə üzləşib.
AzVision.az xəbər verir ki, "Bordo" - "Loryan" yoldaşlıq görüşündə Didye Ndonq Menezin başını tapdalayıb. Hadisə nəticəsində Menezin qulağının bir hissəsi qopub.

Həkimlər onun əməliyyata ehtiyacı olduğunu bildiriblər.

Qeyd edək ki, Jeremi Menez bir neçə gün öncə "Milan"dan "Bordo"ya transfer olunub.





Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti