Jirinovski özünü Trampın qohumu adlandırdı

Jirinovski özünü Trampın qohumu adlandırdı
  04 Avqust 2016    Oxunub:1722
Rusiya Liberal Demokratlar Partiyasının (RLDP) lideri Vladimir Jirinovski ABŞ-ın Respublikaçılar Partiyasından namizədi Donald Trampın qohumu ola biləcəyi ehtimalını bildirib.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Jirinovskinin sözlərinə görə, o, Amerika laboratoriyasına analiz verib: “Mənim əslimdə... qohumlarım arasında ABŞ-ın 36-cı prezidenti Lindon Conson, iki vitse-prezidenti var. Bəlkə 10 min il bundan öncə Yer kürəsinə dağılanlar içərisində Trampın nəslində birbaşa qohumlar tapıla bilər”, - liberal-demokrat bildirib.

Jirinovski əlavə edib ki, Tramp ona nə iləsə yaxındır.

“Onun sərbəst danışması, ani reaksiyası, öz qiymətini verir. Axı məni də bəziləriniz ironik qəbul edirsiniz”, - RLDP rəhbəri bildirib.

Tramp mühacirlərə dair eksentrik və birmənalı olmayan ifadələri ilə məşhurdur. Onun təklifləri arasında ABŞ-ın cənub sərhədində gələnləri buraxmamaq üçün sədd tikmək də var.

Siyasətçi müsəlmanlara qarşı çıxış edir: 2013-cü ilin oktyabrında Jirinovski Şimali Qafqazda doğuş sayının azaldılması üçün üçüncü uşağa görə cərimənin tətbiq edilməsini təklif edib. Bu çıxış sərt tənqidlə qarşılandı, daha sonra RLDP lideri onun sözlərinin düz başa düşülmədiyini bəyan etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti