OPEC və Rusiya neft danışıqlarına başlayır

OPEC və Rusiya neft danışıqlarına başlayır
  05 Avqust 2016    Oxunub:1911
"Biz yaxın zamanda OPEC üzvləri və Rusiya başda olmaqla təşkilata daxil olmayan ölkələrin görüşünü təşkil etmək üçün böyük səy göstəririk".
AzVision.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Venesuela prezidenti Nikolas Maduro bildirib.

Prezident, vurğulayıb ki, avqustun 4-də ölkəsinin neft sənayesi naziri Euloxio del Pino OPEC sədri Mühəmməd Barkindo ilə danışıqlar aparıb. Dövlət başçısı deyib ki, əsas məqsəd neft qiymətlərinin minimal həddini 40 dollar/bareldə sabitləşdirmək və 50-60 dollar/barelə doğru artmasına zəmin yaratmaqdır.

Xatırladaq ki, OPEC-in iyunun 2-də Vyanada keçirilən son iclasında iştirakçı ölkələr ümumi razılığa gələ bilməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti