Beynəlxalq işıqfor günüdür

Beynəlxalq işıqfor günüdür
  05 Avqust 2016    Oxunub:2997
5 avqust Beynəlxalq işıqfor günüdür.
AzVision.az-ın məlumatına görə, 1914-cü ilin bu günündə Klivlenddə (ABŞ) ilk avtomatik işıqfor quraşdırılıb. O qırmızı və yaşıl işıqlardan ibarət olub. Bir işıqdan digərinə keçərkən işıqfor səs siqnalı verib.

İlk işıqfor britaniyalı Con Pik Nayt tərəfindən hələ XIX əsrdə ixtira olunub. Bu işıqfor əllə idarə olunub. İşıqforu insanlar ilk dəfə 1868-ci ildə Londonda İngiltərə parlamentinin binası önündə görüblər.

SSRİ-də işıqfor 1930-cu ilin yanvarında quraşdırılıb. İşıqfor Leninqradda Nevski və Liteynıy prospektlərinin kəsişməsində quraşdırılıb.

İnsan müdaxiləsi olmadan avtomatik işıqları dəyişən ilk işıqfor isə 1910-cu ildə Çikaqo ixtiraçısı Ersnt Sirrin tərəfindən hazırlanıb və patentləşdirilib. Cihaz işıqlandırılmamış Stop (Dayan) və Proceed (Keçin) yazıları ilə istifadə olunub.

1949-ci ildə Cenevrədə yol işarələri və siqnallar haqqında Protokol və yol hərəkəti haqqında Konvensiya qəbul edilib.1960-cı il martın 24-də Nyunberqdə (Almaniya) gözdən əlillər üçün səsli işıqfor quraşdırılıb.

Yol hərəkətini nizamlayan ilk üçrənqlı cihazlar 1920-ci ildə Detroit və Nyu-Yorkda meydana gəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti