`Qarabağ` və `Qəbələ`nin rəqibləri bilindi

`Qarabağ` və `Qəbələ`nin rəqibləri bilindi
  05 Avqust 2016    Oxunub:2175
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
AzVision.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, qrup mərhələsi üçün mübarizə aparan komandalarımız - “Qarabağ” və “Qəbələ”nin də rəqibləri bəlli olub.

“Qarabağ” İsveçin "Göteborq", "Qəbələ” isə Sloveniyanın "Maribor" komandası ilə qarşılaşacaq. Hər iki komandamız ilk oyunu səfərdə keçirəcək.

"Pley-off"un ilk matçı avqustun 18-i, cavab görüşü avqustun 25-də keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti