Lənkəranskinin `sxodka`sına basqın - Diaspor üzvləri tutuldu

Lənkəranskinin `sxodka`sına basqın - Diaspor üzvləri tutuldu
  06 Avqust 2016    Oxunub:9596
Rusiyanın Ural vilayətinin güc strukturlarının əməkdaşları avqustun 4-dən 5-nə keçən gecə məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) qruplaşmasına daxil olan cinayətkar birləşmənin üzvlərinə qarşı xüsusi əməliyyat keçirib.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, Nijniy Tagildə keçirilən iri miqyaslı xüsusi əməliyyat zamanı cinayətkar “sxodka”nın 30 iştirakçısı saxlanılıb.

Bildirilir ki, hüquq-mühafizə orqanlarına “Rövşən Lənkəranski”nin qruplaşmasının toplantı keçirəcəyinə dair informasiya əvvəlcədən daxil olub. Və ənənəvi olaraq xüsusi təyinatlılar qruplaşma üzvlərini qəfil yaxalayıblar. Əməliyyat məlumatlarına görə saxlanılanlar reket yoluyla yerli biznesmenlərdən pul toplayan qruplaşmanın üzvləridir.

“Sxodka”da yerli azərbaycanlı diasporunun bir neçə tanınmış nümayəndəsi də olub. Onların kriminal “sxodka”ya hansı məqsədlə qatıldığı aydınlaşdırılır.

Saxlanılanlardan 8-i yerli biznesmenlərdən birindən iri məbləğdə pulu reketliklə almaqda şübhəli bilinir.

Xatırladaq ki, bu il martın sonlarında Sverdlovsk vilayəti üzrə əməliyyat polisi FTX-nin yerli idarəsinin əməkdaşları ilə birlikdə azərbaycanlı kriminal ünsürlərin toplantısına basqın edib, “Rövşən Lənkəranski”nin region üzrə səlahiyyətli adamı Ağayar Ağayev və bir neçə başqa qruplaşma üzvü saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti