Fransada barda yanğın: 13 ölü, 6 yaralı

Fransada barda yanğın: 13 ölü, 6 yaralı
  06 Avqust 2016    Oxunub:1660
Fransanın Ruan şəhərində barda yanğın baş verib.
AzVision.az `TASS` agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 13 nəfər yanaraq ölüb, 6 nəfər xəsarət alıb.

Hadisənin “Le Cuba Librе” barında, yerli vaxtla gecəyarısı qeydə alındığı bildirilir. İlkin versiyaya görə, yanğın naməlum səbəbdən baş verən partlayışdan sonra başlayıb. İnsidentin səbəbləri müəyyənləşdirilir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti