Ruhaninin Azərbaycana səfər proqramı açıqlanıb

Ruhaninin Azərbaycana səfər proqramı açıqlanıb
  06 Avqust 2016    Oxunub:7310
İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfər proqramı açıqlanıb.

AzVision.az "Press TV"yə istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyası İnformasiya və Kommunikasiya şöbəsinin rəis müavini Pərviz Esmaeli məlumat verib.

Esmaeli bildirib ki, Ruhani avqustun 7-də Azərbaycana gedəcək."İran prezidentinin həmin gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Görüşdə iki ölkə arasında altı ay bundan əvvəl Tehranda imzalanan 11 saziş və memorandumun icrası, müxtəlif sahələrdə, xüsusilə ticarət, sənaye, enerji və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılacaq".

İran rəsminin sözlərinə görə, Ruhani Azərbaycana səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.

İran prezidentinin Azərbaycana səfəri avqustun 8-də başa çatacaq.

Qeyd edək ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat, terrorizmlə mübarizə və narkotik maddələrin daşınmasının qarşısının alınması sahələrində üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti