Qiyam tarixi `TRT`nin təqvimində - Skandal

Qiyam tarixi `TRT`nin təqvimində - Skandal
  06 Avqust 2016    Oxunub:3179
“TRT Müzik” kanalının 2016-cı il üçün tərtib etdiyi təqvimdə qiyam gününün baş verdiyi 15 iyul tarixi həftə içinə düşməsinə baxmayaraq rəsmi tətil günü kimi qırmızı rəngdə işarələnib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu hal isə sosial şəbəkələrdə narazılıqla qarşılanıb.

Kanal isə bütün ittihamlara cavab olaraq bildirib ki, təqvimdə 15 iyul tarixi səhvən qırımız rənglə işarələnib. Qeyd olunub ki, təqvimi hazırlayan şirkət ötən ilin təqvimini kopyalayıb.

Maraqlı olan odur ki, əvvəlki ilin təqvimində də 15 iyul tarixi rəsmi tətil gününə təsadüf etməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti