`Hazırda xəstəxanalarda 117 yaralı var` - Türkiyənin səhiyyə naziri

`Hazırda xəstəxanalarda 117 yaralı var` - Türkiyənin səhiyyə naziri
  07 Avqust 2016    Oxunub:2316
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı yaralananlardan 117 nəfərinin xəstəxanalardakı müalicəsinin hələ də davam etdiyini deyib.
AzVision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, nazir yaralılardan 18-nin vəziyyətinin ağır olduğunu bildirib.

117 yaralıdan biri Malatyada, 2-si Sakaryada, 114-ü isə Ankara və İstanbuldakı xəstəxanalarda müalicə olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti