`15 iyul ikinci qurtuluş savaşıdır` - Binəli Yıldırım

`15 iyul ikinci qurtuluş savaşıdır` - Binəli Yıldırım
  08 Avqust 2016    Oxunub:1847
Çanaqqalada Qurtuluş savaşında tarix yazan bu millət, eyni ruhla iyulun 15-də də tarix yazdı. 15 iyul ikinci Qurtuluş savaşıdır.
Bu sözləri Türkiyənin Baş nazir Binəli Yıldırım İstanbulda keçirilən demokratiya və şəhidlər mitinqində çıxışında səsləndirib.

Binəli Yıldırım deyib: “Şəhidlərimiz sayəsində bu gün bu torpaqlarda şərəflə, qardaşcasına müstəqil və bərabər yaşayırıq. Türk əsgəri qılığına girib torpaqlarımızı işğal etmək istəyirdilər. Sanki millətin iradəsini oğurlayacaqdılar. Allah şərləri xeyirə çevirir. Bu mitinqdən də göründüyü kimi, bizi öldürməyən hər çevriliş bizi daha da gücləndirir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti