Pakistanda terror: Ölənlərin çoxu jurnalistdir (Yenilənib)

Pakistanda terror: Ölənlərin çoxu jurnalistdir (Yenilənib)
  08 Avqust 2016    Oxunub:2627
Pakistanın Kvetta şəhərində yerləşən xəstəxanada baş verən partlayış nəticəsində 40 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

AzVision.az xarici mətbuata istinadən xəbərə verir ki, ölənlərin əksəriyyəti jurnalist və vəkillərdir. Belə ki, Bəlucistanın Vəkillər Assosiasiyasının keçmiş prezidenti Bilal Ənvər Kasinin cəsədi xəstəxanaya çatdırıldıqdan sonra orada partlayış baş verib.

Həmin an tibb məntəqəsinə jurnalistlər, vəkillər olub. Partlayış məhz həmin anda baş verib.

Polisin məlumatına görə, partlayışdan dərhal sonra naməlum şəxs tərəfindən atəş açılıb. Bəlucistan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, partlayış kamikadze tərəfindən törədilib. Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

**

Pakistanda növbəti dəfə terror aktı baş verib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kvetta şəhərində hospitaldakı baş verib.

Belə ki, hospitalın reanimasiya şöbəsində baş verən partlayış nəticəsində 30 nəfər ölüb, 35-dən çox insan xəsarət alıb. Ölənlərin artacağı istisan edilmir.

Hadisə yerində Pakistan təhlükəsizlik qüvvələri əməliyyat keçirib. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti