`Petkim`də növbəti istefa

`Petkim`də növbəti istefa
  08 Avqust 2016    Oxunub:1946
Türkiyənin “Petkim” neft-kimya müəssisəsində növbəti kadr dəyişikliyi baş verib.
AzVision.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Petkim” neft-kimya müəssisəsinin Aktivləri İdarə Departamentinin baş direktor müavini Əli Əkrəm Aslan istefa verib.

O, istefasının “Petkim”də Fətullah Gülən hərəkatına qarşı aparılan əməliyyatlarla əlaqəsinin olmadığını bildirib: “24 ildir şərəfimlə bu müəssisədə işləyirəm. 2011-ci ildən isə bu vəzifədəyəm”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti