3 general və 60 zabit PKK-ya sığındı

3 general və 60 zabit PKK-ya sığındı
  08 Avqust 2016    Oxunub:2839
Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra 3-ü general olmaqla 60 qiyamçı zabit İraqın şimalına qaçaraq PKK-ya sığınıb.
AzVision.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, qiyam hazırlıqlarında uğursuz olduğu bildirilən qiyamçılar İraq üzərindən PKK-ın mərkəzi qərargahı olan Kandilə gedib.

Bu məlumatı Türkiyənin Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidə təsdiqləyib.

Həmin zabitlərin şəxsiyyəti də artıq bəllidir. Bildirilir ki, onlar PKK-nın təmin edəcəyi saxta pasportlarla Avropa ölkələrinə qaçmağa hazırlaşırlar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti