Yapon imperator taxtından imtina edir

Yapon imperator taxtından imtina edir
  08 Avqust 2016    Oxunub:2355
Yaponiya imperatoru Akihito yaşlı olması və səhhətində yaranan problemlərlə bağlı işini davam etdirməyin çətin olduğunu bildirib.
AzVision.az xarici mətbuata istinadən bildirir ki, televiziya vasitəsilə xalqa səslənən 82 yaşlı Akihito “taxtdan imtina etmək” ifadəsini işlətməsə də, vəzifəsini başqasına vermək istədiyini dolayısı yolla deyib.

İmperator yaşlı və səhətində yaranan problemlərlə bağlı bir imperatorun vəzifəsini yerinə yetirə bilmədikdə onun yerinə vəkalətən hökmdarlığın formalaşa biləcəyini qeyd edib.

“Ancaq bu vəziyyətdə belə bir imperatorun vəzifələrini yerinə yetirməməsi ömrünün sonuna qədər imperator olmağa davam etməsi reallığını dəyişdirmir”, deyə imperator qeyd edib.

Yaponiya Konstitutsiyasında taxtdan imtina etmək barədə qanun yoxdur. Bunun üçün qanuni dəyişiklik lazımdır.

Akihito 1989-cu ildə atası Hirohitonun ölümündən sonra taxta çıxıb. Yaponiya xalqı arasında keçirilən sorğu da əhalinin 85 faizi taxtdan imtina etmənin qanuniləşməsinin tərəfdarıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti