Putinlə Ruhani Bakıda Ərdoğana yardımı müzakirə edəcək

Putinlə Ruhani Bakıda Ərdoğana yardımı müzakirə edəcək
  08 Avqust 2016    Oxunub:5478
“İran prezidenti Həsən Ruhani Bakıda Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yardımı müzakirə edəcək”.

AzVision.az xəbər verir ki, bunu “Ria Novosti”yə açıqlamasında İran XİN müavini İbrahim Rahimpur deyib.

“Biz cənab Putinlə Türkiyədə yaxşı şəraitin yaradılması ilə bağlı Ərdoğana yardım etmək istəyirik ki, o düzgün qərar versin. Bu əsasən İraq, Suriya və region problemlərinə aiddir. Hesab edirəm ki, Rusiya və İran prezidentləri Ərdoğana yardım etməyə və onu dəstəkləməyə hazırdır.

Hökuməti digər ölkələr və ya güclər yox xalq təyin etməlidir. Putin və Ruhaninin təklif etdiyi köməyi nə ərəblər nə də Qərb ölkələri təklif edə bilməz. İlk planda Türkiyə hökumətinə daha sonra iqtisadi cəhətdən yardım nəzərdə tutulur. Bundan sonra təbii ki, münasibətlər strateji əhəmiyyət kəsb etməyə başlayır. Düşünürəm bu uzun zaman alacaq.

Nazir müavini əlavə edib ki, hər üç ölkə regionda stabilliyin mövcud olması üçün bütün məsələləri müzakirə etməyə hazırdır:

“İstəyərdik ki, Ərdoğan da Bakıda görüşdə iştirak etsin. Amma bildiyim qədər sabah o, Rusiya prezidenti ilə görüşmək üçün Sankt-Peterburqa gedəcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti