Bakı bəyannaməsinin detalları məlum oldu (Yenilənib)

Bakı bəyannaməsinin detalları məlum oldu (Yenilənib)
  08 Avqust 2016    Oxunub:2961
“Tərəflər regionda həll olunmayan münaqişələrin bölgədə əməkdaşlağa böyük mane olduğunu etiraf edirlər”

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Bakıda keçiriləcək üçtərəfli görüşünün bəyannaməsinin layihəsində vurğulanıb.

Sənəddə qeyd olunub ki, tərəflər münaqişələrin qısa müddət ərzində beynəlxalq hüquq və prinsiplər çərçivəsində həllinin vacibliyini vurğulayıblar.

Eyni zamanda bəyyanəmədə qeyd olunub ki, hər üç ölkə terrorizm, ekstremizm, qanunsuz silah alveri, narkotrafik, insan alverinə qarşı mübarizəni daha da gücləndirəcək:

`Rusiya, İran və Azərbaycan beynəlxalq ictimaiyyəti terrorizm və narkotik qaçaqmalçılığına qarşı apardıqları mübarizəyə qoşulmağa çağırır. Tərəflər terrorizm, ekstremizm, sərhədyanı cinayətkarlıq, qeyri-qanuni silah alveri, narkotik qaçaqmalçılığı, insan alveri və İKT sahəsində cinayətkarlığa qarşı mübarizə aparmaq niyyətindədir. Onlar BMT-nin koordinatorluğu ilə beynəlxalq sabitlik və təhlükəsizlik üçün bu çağırışların və təhdidlərin effektiv həlli üçün səylərinə qoşulmağa çağırırlar.

Tərəflər terrorizmin bütün təzahürlərini qətiyyən pisləyir, terrorizmlə effektiv mübarizə üçün tədbirlərin hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədi ilə ikitərəfli və üçtərəfli məsləhətləşmələrin aparılmasının vacibliyini önə çəkirlər`.

Eyni zamanda Bakıda sammitin yekunları üzrə üç ölkə liderlərinin qəbul edəcəyi deklarasiyada: "Xəzər dənizi sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi nəzərdən keçirilir və tərəflər Xəzərin hüquqi statusu barədə konvensiyanın tez bir zamanda qəbul edilməsinin vacibliyini bildirirlər"- qeyd olunur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti