Rioda növbəti biabırçılıq: Portuqaliyalı naziri soydular

Rioda növbəti biabırçılıq: Portuqaliyalı naziri soydular
  08 Avqust 2016    Oxunub:8674
Rio-de-Janeyroda daha bir biabırçı hadisə baş verib.
AzVision.az “RİA "Novosti”yə istinadən xəbər verir ki, Rio-de-Janeyroya Portuqaliya nümayəndə heyətinin tərkibində Olimpiya Oyunlarına gələn təhsil naziri Tiaqo Brandao Rodriges küçələrin birində qarət edilib.

Belə ki, naməlum şəxs ona yaxınlaşaraq bıçaqla hədələyib mobil telefonunu və pul kisəsini alıb. Öz istəyinə nail olan oğru çox uzağa gedə bilməyib.

Hadisə barədə polisə məlumat verən yerli sakinlər onu saxlayıblar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti