Putin Bakıda Qarabağdan danışdı: `İstəyirik problem həll olunsun`

Putin Bakıda Qarabağdan danışdı: `İstəyirik problem həll olunsun`
  08 Avqust 2016    Oxunub:11152
“Siz Dağlıq Qarabağ münaqişəsini xatırlatdınız. Bu problem doğrudan da bizə keçmiş sovetlərdən qalıb. Biz istəyirik ki, tərəflər münaqişəni həll etsin”.

AzVision.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Federasiyasının prezidenti Vladimir Putin prezident İlham Əliyevlə görüşü zamanı deyib:

“Bilirik ki, bu, Azərbaycan və Ermənistan üçün nə qədər vacib məsələdir. Biz çalışacağıq ki, Ermənistan və Azərbaycan elə həll variantı tapsın ki, kompromisli və hər iki tərəf üçün qəbul edilən olsun, hər iki ölkənin xalqları qalib olsun və hər iki dövlət bu mürəkkəb məsələni bu günki və gələcək nəsillərin maraqları çərçivəsində həll etdiklərini hiss etsinlər.” - deyə, Putin deyib.

Putin əlavə edib ki, Rusiya, Azərbaycan və İran Xəzər dənizində yeni layihələri, o cümlədən energetika və nəqliyyat sahəsində olan layihələri müzakirə edəcək:

`Üçtərəfli formatda görüş keçirilməsi təşəbbüsünə görə sizə təşəkkür edirəm. Bu formatda həqiqətən danışacağımız kifayət qədər mövzu var. Xəzər dənizində və daha geniş aspektdə yeni layihələr də ola bilər. Bu mənada həm nəqliyyat, həm energetika, həm də üçtərəfli ticarət və iqtisadi əlaqələrimizin diversifikasiyasını nəzərdə tuturam`.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti