Putin Ruhani ilə görüşdü: `Əliyevə minnətdar olmalıyıq`

Putin Ruhani ilə görüşdü: `Əliyevə minnətdar olmalıyıq`
  08 Avqust 2016    Oxunub:5792
Azərbaycanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin İran prezidenti Həsən Ruhani ilə görüşüb.

AzVision.az xəbər verir ki, V. Putin Tehrana son səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişafında xeyli irəliləyiş baş verdiyini qeyd edib: “Bu müddət ərzində ikitərəfli münasibətlərin inkişafında uzun yol qət etmişik, dostluq münasibətlərimiz güclənir, o çoxşaxəli xarakter daşıyır. Bu, iqtisadi münasibətlərə, siyasi əlaqələrə və humanitar sahəyə də aiddir. Biz Azərbaycan prezidenti İlham Əliyevə bu görüşü təşkil etdiyi üçün minnətdar olmalıyıq. Bu görüş regiondakı vəziyyəti üçtərəfli formatda müzakirə etməyə imkan yaradır”.

Öz növbəsində Ruhani Putinlə görüşdüyünə görə şad olduğunu bildirib: “Sizin Tehrana səfəriniz iki ölkə arasında əlaqələrin inkişafı üçün effektli idi. Biz heç zaman Rusiyanın nüvə razılaşmasının həllində göstərdiyi dəstəyi və sizin bu istiqamətdə şəxsi təşəbbüsünüzü unutmayacağıq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti