Ohanyan 10 polkovniki işdən qovdu

Ohanyan 10 polkovniki işdən qovdu
  09 Avqust 2016    Oxunub:4761
Aprel döyüşlərindəki uğursuzluqdan sonra Ermənistan ordusunda təmizləmələr və yerdəyişmələr davam edir.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan müdafiə naziri Seyran Ohanyanın əmrinə əsasən 10 polkovnik vəzifəsindən kənarlaşdırılıb.

Onların adı da artıq məlumdur - polkovniklər Rafik Beqlaryan, Avetik Arutyunyan, Karen Sarkisyan, Artur Kazaryan, Qarnik Barseqyan, Mkrtıç Qabrielyan, Sereja Tavaraçyan, Artur Arustamyan, Stanislav Avannisyan, Vardan Xaçatryandır.

Onlar Xaçatryan zabit xəncəri ilə mükafatlandırılaraq yaş senzi ilə bağlı ehtiyata göndərilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti