Rusiya aviasiyası Suriyada həmişəlik qalacaq

Rusiya aviasiyası Suriyada həmişəlik qalacaq
  09 Avqust 2016    Oxunub:1518
Rusiya prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin aviaqruplarının Suriya ərazisində yerləşdirilməsi ilə bağlı Bəşşar Əsəd hökuməti ilə imzalanan sənədin ratifikasiya edilməsi barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, layihə parlamentin Aşağı Palatasının məlumat bazasında yerləşdirilib.

Sənəddə Rusiya aviaqruplarının Suriya ərazisində hansıa müddətə yerləşdirilməsinə dair bənd yoxdur.

Eyni zamanda sənədə əsasən aerodromunda zəruri ərazi və avadanlıqlar Rusiya hərbçilərinə pulsuz veriləcək və onların tərkibi Suriya tərəfi ilə razılaşdırılmaqla Rusiya tərəfi müəyyənləşdiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti