Ərdoğan Sankt-Peterburqadadır: Təhlükəsizlik gücləndirilib

Ərdoğan Sankt-Peterburqadadır: Təhlükəsizlik gücləndirilib
  09 Avqust 2016    Oxunub:2665
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gəlib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Rusiyanın Sankt-Peterburq şəhərində həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov da iştirak edəcək.

Bundan başqa Türkiyə dövlət başçısının səfəri ilə bağlı Sankt-Peterburqda təhlükəsizlik tədbirləri gücləndirilib. Mərkəzi küçələrdə polis əməkdaşlarından ibarət dəstələr növbə çəkirlər.

Eyni zamanda şəhərin əsas magistralı olan Liqovski prospekti bağlanıb.

Qeyd edək ki, 259 gün sonra bir araya gələcək olan liderlər 24 noyabr tarixindən əvvəlki münasibətlərin bərpasını müzakirə edəcəklər.

Gündəlikdə olan 5 əsas məsələ isə viza rejiminin ləğvi, çarter reyslərinin bərpası, Türkiyədən gedən kənd təsərrüfatı məhsulları və meyvə-tərəvəzə, həmçinin türk iş adamlarının fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji ilə bağlı olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti