259 gündən sonra ilk - Ərdoğan Putinlə görüşdü (Video)

259 gündən sonra ilk - Ərdoğan Putinlə görüşdü (Video)
  09 Avqust 2016    Oxunub:14071
Rusiya səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə görüşüb.

AzVision.az Rusiya KİV-inə istinadən xəbər verir ki, prezidentlər Sankt-Peterburqun Strelne rayonunda Konstantinov sarayının ikinci mərtəbəsindəki "Yunan" zalında görüşüblər.

Görüşdən sonra Putin və Ərdoğan birgə mətbuat konfransı keçirəcək.

Məlumata əsasən görüşdə Rusiya tərəfdən ölkənin xarici işlər naziri Sergey Lavrov, prezidentin xarici məsələlər üzrə köməkçisi Yuri Uşakov, Türkiyə tərəfdən isə XİN rəhbəri Mövlud Çavuşoğlu, prezident administrasiyasının baş katibinin müavini İbrahim Kalın iştrak edib.

Gündəlikdə olan 5 əsas məsələ isə viza rejiminin ləğvi, çarter reyslərinin bərpası, Türkiyədən gedən kənd təsərrüfatı məhsulları və meyvə-tərəvəzə, həmçinin türk iş adamlarının fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji ilə bağlı olacaq.

Qeyd edək ki, 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub. Bundan sonra iki ölkə arasında münasibətlər pozulmuşdu. Həmin hadisədən sonra ilk dəfədir ki, iki ölkənin liderləri görüşür.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti