Putin Ərdoğanla görüşünü yüksək qiymətləndirdi

Putin Ərdoğanla görüşünü yüksək qiymətləndirdi
  09 Avqust 2016    Oxunub:1776
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların konstruktiv keçdiyini bildirib.
Dövlət başçısı bu görüşün Rusiya-Türkiyə münasibətlərinin gələcək taleyi üçün vacib olduğunu vurğulayıb.

Prezident Putin ikitərəfli əlaqələrin bütün sahələri, həmçinin beynəlxalq gündəliklə bağlı konstruktiv danışıqların aparıldığını söyləyib.

Rusiya dövlətinin başçısı türk şirkətləri ilə bağlı məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılacağını bildirib.

Prezident hər iki ölkənin terrorizmlə mübarizədə ümumi mövqeyə malik olduğunu qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti