15 general və 2 admirala yeni vəzifə verilib

15 general və 2 admirala yeni vəzifə verilib
  10 Avqust 2016    Oxunub:1714
Hərbi çevriliş cəhdindən sonra 1684 hərbçinin xaric edildiyi Türkiyə Silahlı Qüvvələrində ilk təyinatlar olub.
“Hürriyet” qəzetinin verdiyi məlumata görə, bu gün dərc edilən qərarla 15 general və 2 admiral yeni vəzifəyə təyin edilib.

Generallardan Rafet Sevinç Şaşmaz Hərb Akademiyaları Komandanlığına, Kadircan Kottaş hərbi çevriliş cəhdi zamanı İstanbul və Ankara üzərində uçuşlar həyata keçirən və bomba zərbələri endirən qırıcı təyyarələrin qalxdığı Diyarbəkirdəki 8-ci Hərbi Təyyarə Bazası Komandanlığına, Ali Çekiç isə Aksaz Dəniz Bazası Komandanlığına təyin ediliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti