`Gülən Rusiya ilə münasibətləri pozmağa çalışıb` - Ərdoğan

`Gülən Rusiya ilə münasibətləri pozmağa çalışıb` - Ərdoğan
  10 Avqust 2016    Oxunub:2106
Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışıb.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.

“Fətullahçı terror təşkilatının və onun arxasında dayanan güclərin ölkələrimiz arasındakı münasibətlərə qəsd etmələri bu gün daha çox anlaşılır”, - Türkiyə lideri bəyan edib.

Qeyd edək ki, rəsmi Ankara Fətullah Güləni Türkiyədə baş verən hərbi çevrilişə cəhdin təşkilində günahlandıraraq ABŞ-dan onun ekstradisiyasını tələb edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti