Türkiyədə yenə terror: 5 əsgər şəhid oldu

Türkiyədə yenə terror: 5 əsgər şəhid oldu
  10 Avqust 2016    Oxunub:1778
Türkiyədə növbəti dəfə terror aktı törədilib.
AzVision.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Şırnakın Uludərə qəsəbəsində baş verib. Belə ki, PKK terrorçuları hərbi maşın keçərkən öncədən yola basdırdıqları partlayıcı qurğunu işə salıblar.

Nəticədə 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb. Hazırda terror hadisəsinin baş verdiyi bölgədə geniş miqyaslı əməliyyat başlanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti