Rusiya helikopterləri Bakıda təmir ediləcək

Rusiya helikopterləri Bakıda təmir ediləcək
  10 Avqust 2016    Oxunub:1949
"Rusiya helikopterləri" ("Vertolyotı Rossii") servis mərkəzinin Azərbaycanda açılması haqqında saziş Bakıda bu il sentyabr ayının sonunda keçiriləcək "ADEX 2016" 2-ci Beynəlxalq Müdafiə sərgisi çərçivəsində imzalanacaq.
AzVision.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə holdinqin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

Qeyd olunub ki, şirkət Mi-8/17 tipli mülki helikopterlərə xidmət edəcək. Gələcəkdə isə hərbi helikopterlərə xidmət göstərilməsi nəzərdə tutulur.

Eyni zamanda bildirilib ki, hazırda xarici tərəfdaşlarla sözügedən layihənin forma və quruluşu barədə danışılar aparılır. ADEX-2016 sərgisi çərçivəsində müvafiq razılaşmanın imzalanacağı gözlənilir.

Qeyd edək ki, Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Bakıda təyyarələrin yığılması üzrə zavod və helikopter texnikasının müasirləşdirilməsi mərkəzi açılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti