`Rusiya Qarabağın həllinə töhfə verməyimizi istəyir`

`Rusiya Qarabağın həllinə töhfə verməyimizi istəyir`
  10 Avqust 2016    Oxunub:2318
Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Türkiyə-Rüsiya üçtərəfli mexanizmi çərçivəsində müzakirə edilə bilər.
AzVision.az “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, rəsmi Ankara Qarabağ probleminin həlli üçün daima səy göstərir:

“Münaqişənin nizamlanması üçün ATƏT-in Minsk qrupu, həm də şəxsən Putin səyləgöstərir. Sankt-Peterburqda üç prezidentin iştirakı ilə görüş baş tutub. Rusiyanın təkliflərinə baxdıqda, görürük ki, bu bizim illər öncə Ermənistana etdiyimiz təkliflərdir. Rusiya və azərbaycanlı qardaşlarımız Türkiyənin bu məsələyə töhfə verməsini istəyir. Biz də regionun təhlükəsizliyi və gələcəyi üçün bu məsələnin həlli istiqamətində üzərimizə düşəni edəcəyik.”.

Nazir əlavə edib ki, Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli formatının yaradılması da müzakirə edilib:

“Bunu bağlı Azərbaycana son səfərim zamanı müzakirələr aparılıb və buna çox müsbət yanaşılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri zamanı da bu barədə müzakirələr aparılıb və Putinə tərəddüd etmədən buna müsbət yanaşdığını deyib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti