Bolqarıstan FETÖ üzvünü Türkiyəyə təhvil verdi
"Bolqarıstan hakimiyyəti onun Türkiyəyə verilməsi haqda qərar çıxarıb. Hazırda onu Türkiyəyə gətiririk", - deyə M.Çavuşoğlu vurğulayıb.
Xatırladaq ki, Abdullah Böyük 1948-ci ildə Türkiyənin Sivas əyalətinin Zara bölgəsinin Tuzlagözü kəndində anadan olub. İbtidai təhsilini kənddə, orta və lisey təhsilini isə Sivas və Ərzurumda imamhatib məktəblərində alıb. 1974-cü ildə Konya Ali İslam İnstitutunu bitirib. Bu şəhərdə vaiz və müfti müavini işləyib. 1980-ci ildə hərbçilər tərəfindən həbs edilib. Həbsdən azad edildikdən sonra 1982-2002-ci illərdə müxtəlif xidmət işlərində olub.(Report)