`Yeni format Qarabağın həlli üçün effektli ola bilər`

`Yeni format Qarabağın həlli üçün effektli ola bilər`
  10 Avqust 2016    Oxunub:2214
“Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfərini müsbət bir gedişat, xüsusilə Ermənistanın işğal altında saxladığı bölgələrdən çəkilməsinə daha bir pozitiv istiqamət qazandıra biləcəyini düşünürük”.

AzVision.az-ın məlumatına görə, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlıq formatının qurulmasının əhəmiyyətindən danışarkən deyib.

İ.Kalın vurğulayıb ki, üçlü əməkdaşlıq formatı əlaqələr və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli addımdır: "Bu da həyata keçərsə, Azərbaycan, Ermənistan və Türkiyə bölgədə bütün əlaqələrin daha rahatlıqla həyata keçməsinə təsir edə biləcək. Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra yaxın zamanda inkişafın olacağına ümid edirik, bölgədə görüləcək çox işlər var. Dağlıq Qarabağ münaqişəsinin həllindən, Türkiyə ilə əlaqələrin normallaşmasından ən çox Ermənistan yararlanacaq.

Bəzən dar düşüncə ilə diaspor və ya başqaları hadisələrə baxıb, özlərini bir küncə sıxılmağa məhkum edirlər. Əslində, bir az daha geniş strateji baxsalar, bu prosesdən orta və uzun vədədə həm azərbaycanlıların, həm də ermənilərin istifadə edəcəklərini özləri görəcəklər. Bu format həmin prosesə əhəmiyyətli töhfə verəcək”.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti