Ermənistan Türkiyənin Qarabağ təklifinə `yox` dedi

Ermənistan Türkiyənin Qarabağ təklifinə `yox` dedi
  10 Avqust 2016    Oxunub:2470
Ermənistan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazır olduqları ilə bağlı açıqlamasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, bu barədə danışan Ermənisyan XİN sözçüsü Tiqran Balayan rəsmi Ankaranın münaqişənin nizamlanmasında iştirakının əleyhinə olduqlarını bildirib.

“Biz yenədə öz fikrimizdə qalırıq ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində edə biləcəyi heç nə yoxdur. Azərbaycanyönümlü Türkiyənin verə biləcəyi yeganə fayda həll prosesindən mümkün qədər uzaq qalmaqdır”, - deyə o əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti