Sarkisyan Putinə Qarabağa görə təşəkkür etdi

Sarkisyan Putinə Qarabağa görə təşəkkür etdi
  10 Avqust 2016    Oxunub:2192
Moskvada Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir.
AzVision.az xəbər verir ki, Kremldə keçirilən görüşdə Vladimir Putin və Serj Sarkisyan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair əsas məsələlər, iqtisadi-ticarət, enerji və humanitar sahədə əlaqələr, eləcə də Avrasiya məkanında inteqrasiya prosesi müzakirə olunub.

Serj Sarkisyan Rusiya prezidentinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.

“Mən şəxsən sizə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın göstərdiyi səylərə görə minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə, burada əldə olunan razılaşmaların yerinə yetirilməsi çox vacibdir. Biz buna hazırıq” - deyə Ermənistan prezidenti əlavə edib.

`Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüş zamanı biz bu mövzudan yan keçə bilməzdik. Bu, Dağlıq Qarabağ münaqışəsinin nizama salınması məsələsidir. Əlbəttə, mən məmnuniyyətlə sizi Bakı görüşü haqqında məlumatlandıracam`, - S.Sarqsyanla Kremldə görüş zamanı V.Putin deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti