Türkiyədə tutulan FETÖ-çuların sayı 16 mini keçdi - Statistika

Türkiyədə tutulan FETÖ-çuların sayı 16 mini keçdi - Statistika
  11 Avqust 2016    Oxunub:8100
Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddən sonra 76 100 dövlət qulluqçusu işdən çıxarılıb.

AzVision.az-ın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bunu daxili işlər naziri Əfqan Ala bildirib.

Onun sözlərinə görə, FETÖ terror təşkilatına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 5 171 nəfər tutulub, 16 899 nəfər isə həbs edilib. Həbs edilənlərdən 3 083-ü polis, 7 248-i əsgər, 2 288-i hakim və prokurordu:

“7173 nəfər nəzarət altında qalmaq şərti ilə, 3601 nəfər isə tam sərbəst buraxılıb. 9-u general olmaqla, 190 hərbçi və 96 polis axtarışdadır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti