`Qarabağın həlli çox uzanıb` - Ərdoğan

`Qarabağın həlli çox uzanıb` - Ərdoğan
  11 Avqust 2016    Oxunub:2573
“23 ildən artıqdır ki, ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyiblər. Bu iş çox uzanıb”.
AzVision.az “Akşam” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, hazırda münaqişənin nizamlanmasında irəliləyiş var:

“Hazırda Rusiya prezidenti Vladimir Putin bu məsələ üzərində işləyir. Bu barədə azərbaycanlı həmkarım ilham Əliyevdə mənə danışdı. İlk növbədə Azərbaycanın 5 rayonu erməni işğalından azad edilərsə, regionda sözün əsl mənasında normallaşma prosesi başlaya bilər".

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılması barədə danışarkən Ərdoğan bildirib ki, Azərbaycan da bu məsələyə Türkiyə və Rusiya kimi müsbət yanaşır.

O, əlavə edib ki, Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatı qurulacaq: `Bu məsələyə Azərbaycan kimi Rusiya da müsbət yanaşıb. Rusiya-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq formatı var. Türkiyə xarici işlər naziri Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlıq formatının qurulması ilə bağlı azərbaycanlı həmkarı ilə danışıb. Biz də Rusiya prezidenti Vladimir Putinlə bunu müzakirə etdik. Məqsədimiz bölgədə siyasi hadisələri yerində, yaxından izləməkdir`.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti