`İki attaşe Yunanıstandan İtaliyaya qaçıb` - Çavuşoğlu

`İki attaşe Yunanıstandan İtaliyaya qaçıb` - Çavuşoğlu
  11 Avqust 2016    Oxunub:1652
Türkiyənin Yunanıstandakı hərbi attaşeləri İtaliyaya qaçıb.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, ölkədə baş verən uğursuz hərbi çevriliş cəhdindən sonra Ankaraya çağırılan Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi polkovnik İlhan Yaşıtlı və hərbi dəniz attaşesi polkovnik Halis Tunç ailələri ilə birlikdə bərəyə minərək İtaliyaya gediblər:

`Səudiyyə Ərəbistanından başqa ölkəyə qaçmaq istəyən Küveytdəki hərbi attaşemizi krallıq öz təyyarəsi ilə bizə göndərdi. Əfqanıstandakı iki general-mayor Dubaya gedib. Birləşmiş Ərəb Əmirlikləri də onları xüsusi təyyarə ilə Türkiyəyə təhvil verib. Diplomatlarımız arasında da qaçanlar var. Banqladeşdəki iki diplomatımız Nyu-Yorka qaçıb`.

AzVision.az


Teqlər:  





Xəbər lenti