Nazarbayev Nicatı təbrik edib

Nazarbayev Nicatı təbrik edib
  11 Avqust 2016    Oxunub:4150
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rio-2016 Yay Olimpiya Oyunlarında qalib gələn idmançılar Dmitriy Balandin və Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimovu qızıl medal qazanması münasibətilə təbrik edib.
AzVision.azxəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Qazax xalqı böyük sevinclə sənin çıxışını izləyirdi. Sən bizim ümidlərimizi doğrultdun. Çətin mübarizədə Qazaxıstana ilk qızıl medal qazandırdın. Sənin qalibiyyətin gənc idmançılarımız üçün nümunə olacaq”- təbrikdə deyilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti