`Rusiya ilə münasibətlərin bərpasında Azərbaycanın rolu böyükdür`

`Rusiya ilə münasibətlərin bərpasında Azərbaycanın rolu böyükdür`
  12 Avqust 2016    Oxunub:8000
Rusiya və Türkiyə arasında münasibətlərin bərpa olunmasında Azərbaycanın hərtərəfli rolu və iştirakı olub.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. Onun sözlərinə görə, ürkiyə rəsmiləri buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib:

“Rusiya ilə münasibətlərimizin yaxşı olmadığı dövrlərdə Azərbaycanla yanaşı bir çox dost və qardaş ölkələr hər mənada köməkliyə hazır olduğuqlarını bəyan etdilər. Türkiyənin çətin günlərində Azərbaycan hər zaman köməyini əsirgəməyib. Eyni zamanda, qeyd etməliyəm ki, bu münasibətlərin nizamlanmasında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də iştirakı böyük olub”.

Səfir qeyd edib ki, Rusiya ilə Türkiyə arasında bir müddət yaşanan problemlərə görə ölkəyə gələn turistlərin sayında geriləmə müşahidə olunur: "Amma artıq iki ölkə arasında olan problem həll olunub, iki tərəfə aviareyslər bərpa edilib. Rusiyalı turistlər artıq Türkiyənin turizm şəhərlərinə səfər edirlər”.

Diplomat əlavə edib ki, Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi turist axınına təsir etməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti