Şahrux Xan saxlanıldı -Pokemona görə

Şahrux Xan saxlanıldı -Pokemona görə
  12 Avqust 2016    Oxunub:12122
Ötən gecə dünya şöhrətli Bollivud aktyoru Şahrux Xan Los-Anceles hava limanında pokemon tutarkən saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə aktyor öz “Twitter” səhifəsində yazıb. O, bildirib ki, gecə Miqrasiya xidmətinin əməkdaşları tərəfindən dindirilib.

“Mən başa düşürəm və bütün dünyada təhlükəsizlik üçün atılan addımlara hörmət edirəm. Lakin hər dəfə Amerika Miqrasiya xidməti tərəfindən saxlanılmaq məni təngə gətirir”-deyə Şahrux Xan yazıb.

Kino ulduzunun sözlərinə görə, vaxt keçirmək üçün o məşhur oyunu oynamaq -pokemon tutmaq istəyib.

Lakin hind kinosuna bələd olmayan hava limanın əməkdaşlarından biri xaricinin hərəkətlərini şübhəli bilib və bu barədə mühafizəçilərə məlumat verib. Kino ulduzu həbs edilib və dindirilib.

Qeyd edək ki, bu Şahrux Xanın saxlanması ilə bağlı ilk hadisə deyil. Belə ki, 2012-ci ildə Şahrux Xan Nyu-Yorka tələbələrə konsert vermək üçün bir qrup məşhur hind aktyorları gələn zaman da saxlanılıb. Həmin vaxtı aktyoru 2 saata yaxın dindiriblər. Onlar Şahrux Xanı viziual görünüşü və müsəlman adına görə şübhəli bilirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti