Putin PA rəhbərini işdən çıxarıb

Putin PA rəhbərini işdən çıxarıb
  12 Avqust 2016    Oxunub:2475
Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov tutduğu vəzifədən azad edilib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Dövlət başçısı digər sərəncamla bu posta Anton Vaynonu təyin edib. O, daha əvvəl Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsində çalışıb.

Bundan sonra o, Putinin ətraf mühitin qorunması, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Sergey İvanov bu vəzifəyə 2011-ci ildə təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti