`Sergey İvanov öz xahişi ilə istefa verib` - Putin

`Sergey İvanov öz xahişi ilə istefa verib` - Putin
  12 Avqust 2016    Oxunub:1907
“Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov öz xahişi ilə başqa vəzifəyə təyin olunmasını istəyib”.
AzVision.az bunu Rusiya prezidenti Vladimir Putin deyib:

“Sizin başqa vəzifəyə keçməklə bağlı xahişinizi anlayışla qarşılayıram. Hörmətli Sergey Borisoviç, sizinlə uzun illərdir birlikdə, uğurla çalışırıq. Təyin olunmuş sahələrdə tapşırıqları yerinə yetirməyinizdən razıyam”.

Qeyd edək ki, bu gün V. Putin Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu vəzifəsindən azad edib. Onun yerinə isə Anton Vaynonu təyin edib. O, Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti