Moskvada iki azərbaycanlını öldürən şəxs tutuldu - Yenilənib

Moskvada iki azərbaycanlını öldürən şəxs tutuldu - Yenilənib
  12 Avqust 2016    Oxunub:11348
Rusiya paytaxtı Moskvada iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
AzVision.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hazırda saxlanılan şəxs müstəntiqlər tərəfindən dindirilir. Hadisə ilə bağlı bütün mümkün versiyalar nəzərdən keçirilir.

Faktla bağlı iki və daha çox şəxsin öldürülməsi, eləcə də qəsdən başqasına orta ağır dərəcəli xəsarət yetirmə maddələri üzrə cinayət işi açılıb.

**

Rusiya paytaxtında iki azərbaycanlı qətlə yetirilib, biri ağır yaralanıb.

Hadisə paytaxtın "Ryanzanskiy prospekt" metrosunun yaxınlığında baş verib. Naməlum şəxs və şəxslər bu gün səhər saatlarında kiçik ticarətlə məşğul olan 3 azərbaycanlıya soyuq silahla hücum edib. Nəticədə adları hələlik açıqlanmayan 1947-ci il təvəllüdlü və 1980-ci il təvəllüdlü həmyerlilərimiz qətlə yetirilib.

Digər həmyerlimiz (1981-ci il təvəllüdlü) isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Həmyerlilərimizdən birinin təcili tibbi yardım maşınında keçindiyi bildirilir.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə İdarəsində Cinayət Məcəlləsinin 105.2-ci (Qəsdən bir, iki və daha çox şəxsi öldürmə) və 112-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən verilən məlumata görə, hazırda qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. İdarədən qətlə yetirilən və yaralanan şəxslərin azərbaycanlı olduqları bildirilib. Qətlin milli zəmində törədildiyi istisna edilmir. Regionlararası Moskva Polisinin Həmkarlar İttifaqının Koordinasiya Şurasının sədri Mixail Paşkin qətlin milli zəmində törədildiyini bildirib. O, slavyan mənşəli şəxsin ticarətlə məşğul olan azərbaycanlılara hücum etdiyini söyləyib.(APA)

AzVision.az


Teqlər:  





Xəbər lenti